Rusiyanın Ryazan vilayətinin sakinləri “Rus Lotto”nun yeni il buraxılışında ümumilikdə 1 milyon 18 min rubl (təxminən 23 min manat) qazanıb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə xəbəri “Stoloto” şirkətinin mətbuat xidməti yayıb.
Şəhər sakinlərindən biri isə 750 min rubl ( təxminən 17 min manat ) pul udub.
Qeyd edək ki, rayon üzrə ümumilikdə 109 min 840 uduşlu lotoreya bileti alınıb.