Azərbaycanlıların kosmik svilizasiyalarla QƏDİM ORTAQLIĞI  – ŞOK NƏZƏRİYYƏ 
01 aprel 2021 14:21 (UTC +04:00)

Azərbaycanlıların kosmik svilizasiyalarla QƏDİM ORTAQLIĞIŞOK NƏZƏRİYYƏ 

“Yerdən kənar sivilizasiyalar Günəşdən kosmik magistralın nöqtələrindən biri kimi istifadə edirlər. Yer planeti də onların istifadəsindədir”. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu açıqlamanı elmlə zidd nəzəriyyələri ilə məşhur olan İsveçrə alimi Nassim Harameyn bildirib.

İsveçrə alimi Nassim Harameyn

Onun sözlərinə görə, yad kosmik gəmilər kainatın müxtəlif yerlərinə səyahət edərək Günəşdən portal kimi istifadə edirlər: 

“Günəşimizin səthində görünən qara ləkələr əslində fərqli ölçülərdə qara dəliklərdir. Bu qalaktikalararası keçidlər açıldıqdan sonra, kosmik səyahətçilərin istifadə etdikləri nöqtənin bağlanması həftələr, hətta aylar çəkə bilər”.

Harameynə görə, hər bir planetdə belə bir qara dəlik var və bu dəlik kifayət qədər dayandıqdan sonra ulduzlararası portal kimi istifadə olunur: “Bu gücdən istifadə etmək üçün kifayət qədər inkişaf etmiş hər hansı bir mədəniyyət, nəzəri olaraq kainatı minimal xərclərlə kəşf edə bilər. Planetimizdə belə bir qara dəlik var və o, mərkəzində yerləşir”.

Alim əlavə edib ki, dünyamızın mərkəzində yerləşən qara dəlik inkişaf etməyimiz üçün lazım olan enerjini verən mənbədir: “UNO-ların vulkanlara diqqət yetirməsi məhz bu səbəbdəndir”.

İsveçrəli alimin digər fikirləri də maraqla qarşılanıb: 

“Bildiyimiz kimi, Yerdə mövcud olan bir çox qədim mədəniyyətlər Günəşə ibadət edərək “Günəş tanrıları” ilə təmasda olduqlarına inanırdılar. Bu, sivilizasiyaların məbədlərində də əks olunub. Məbəd divarlarında Günəşdən gələn və ya oradan keçən “tanrılar” təsvir edilib. Ulduzlar arasında səyahət edənlərin də mifologiyalarında “Günəş tanrıları” var”.

Yeri gəlmişkən, azərbaycanlı olaraq əcdadlarımızın Günəşə, oda, alova inancını nəzərə alsaq, o zaman deyə bilərik ki,  kosmik sivilizasiyalarla qədim ortaqlığımız mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4425
avatar

Rəsul SARI

Oxşar yazılar