Azərbaycanlı aparıcı Ukraynanın QARA SİYAHISINDA  - FOTO
28 mart 2022 15:15 (UTC +04:00)

Azərbaycanlı aparıcı Ukraynanın QARA SİYAHISINDA - FOTO

Ukraynanın Mədəniyyət Nazirliyi araslarında aktyor, teleaparıcı və müğənni olan 47 rusiyalı sənətçiyə sanksiya tətbiq edib. 

Lent.az xəbər verir ki, bu barədə Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko öz “Facebook” səhifəsində məlumat yayıb.  

Bu qərarı artıq Nazirlər Kabineti dəstəkləyib. İndi, sadəcə Milli Təhlükəsizlik, Müdafiə Şurası və Ukrayna prezidenti Vladimir Zelenski ilə sanksiyaları razılaşdırmaq qalır.

Siyahıya Nikolay Baskov, Dima Bilan, Polina Qaqarina, Oleq Qazmanov, Djiqan, Larisa Dolina, Sergey Jukov, Qriqori Leps, Nikolay Rastorquev və Timati, aktyorlar Dmitri Xaratyan, Yana Poplavskaya, Dmitri Pevtsov, Nikita Mixalkov, Vladimir Başarov, Marat Maşarov və digərləri daxil olub. 

Sanksiyaya məruz qalanlar arasında azərbaycanlı teleaparıcı Nailə Əsgərzadə də var. O, 2011-ci ildən "Rossia 1" dövlət telekanalının aparıcısıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7545
avatar

Sevinc Fərid

Oxşar yazılar