Axirətə yola salmaq üçün lüks  aparat
14 dekabr 2023 13:59 (UTC +04:00)

Axirətə yola salmaq üçün lüks aparat

İsveçrədə 3D printerdə hazırlanmış bu aparat görünüşünə görə bahalı masaj aparatlarını, tibbi cihazları xatırlatsa da, əslində ölüm aparatıdır.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İsveçrədə 3 il öncə hazırlanmış bu qurğunun rəsmi şəkildə istifadəsinə bu günlərdə icazə verilib. 

Evtanaziya üsulu ilə ölmək istəyənlər bu aparatın içərisinə uzanır, içəridən müəyyən düymələri basmaqla özləri öz ölümlərini təşkil edir.

 Bu aparat vasitəsi ilə ölüm acı olmayıb, bir növ yuxunu xatırladır. Belə ki, qurğunun içərisində onu azotla dolduran mexanizm var. Azot buraxıldıqdan sonra oksigenin səviyyəsi sürətlə enir və içəridəki şəxsin şüuru bulanır, onu yuxu tutur. Heç bir acı, boğulma, həyəcan hissi yaşanmadan 30 saniyə ərzində ölüm baş verir.

 Qurğunu istənilən  mənzərəli yerə aparıb, evtanaziyanı orada həyata keçirmək olar. Hələlik İsveçrədə bu qurğudan cəmi 3 ədəd hazırlanıb. Hollandiya patent verərək, eyni qurğulara sahib olmaq istədiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4917
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar