Aviasiya tarixinin ən maraqlı hadisəsi - Pilot təyyarədən havaya uçdu
12 iyul 2024 12:08 (UTC +04:00)

Aviasiya tarixinin ən maraqlı hadisəsi - Pilot təyyarədən havaya uçdu

İndi oxuyacağınız hadisəyə inanmaq çətindir, lakin bu reldır. 1990-cı il iyunun 10-da British Airways-in 5390 saylı reysi İngiltərənin Birmingem və İspaniyanın Malaga şəhərləri arasında havaya qalxdığı zaman baş verənlər aviasiya tarixinin ən maraqlı anları kimi tarixə düşdü.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, BAC 1-11 tipli təyyarə 16.000 fut hündürlükdə seyr edərkən, təyyarənin sol ön kokpit pəncərəsi qəfildən partlayıb.

Kokpit pəncərəsi partlayanda təhlükəsizlik kəməri taxmayan təyyarənin kapitan pilotu Tim Lankaster  hava zərbəsi ilə qəfil yerindən tullansa da, ayaqları içəridə qalıb. Pilot atmosferə atılmaqdan canını qurtarsa da, təyyarənin ön tərəfinə yapışıb.

Təhlükəsizlik kəməri taxılmış ikinci pilot Alastair Atchison öz yerində qalıb və təyyarəni idarə edib.
Bu zaman kabinə işçiləri kabinəyə daxil olaraq pəncərədən çıxmış kapitan pilotu ayaqlarından bərk-bərk tutublar. Təyyarə Sauthempton hava limanına məcburi eniş edib.

Kokpitdə kabin heyəti tərəfindən ayaqları bərk-bərk tutulan kapitan pilot təyyarənin gövdəsində əsən güclü küləyə və -17 dərəcə soyuq havaya baxmayaraq sağ çıxa bilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7108

Oxşar yazılar