Çinli dənizçi Poon Lim II Dünya Müharibəsi zamanı İngilis ərzaq gəmisində işləyirdi. Gəmi Atlantik okeanından keçərkən bütün dostları bir basqın nəticəsində ölür, o isə birtəhər özünü qurtarır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sal tipli tipli xilasetmə gəmisinə sığınaraq oradan uzaqlaşa bilir.
Atlantik okeanının ucsuz-bucaqsızlığına doğru irəliləyən Lim, basqınçılardan xilas olmasına baxmayaraq, okeanda tək qalır.
Poon Limin başına gələnlər və onun sağ qalması möcüzə idi.
Lim 133 gün ərzində okeanda təkbaşına necə sağ qaldı?
Qeyd edtdiyimiz kimi, 55 heyət üzvündən yalnız sağ qalan Limin əlində yalnız bir neçə paket peçenye, qırx litr su, bir kisə şəkər, bir az şokolad, bir fənər və bir neçə fişəng var idi. Bunlar bitəndə isə həyatda qalmaq üçün öz nəcisini yeyib qanından içməyə başlayır.
133 gün ərzində o, yağış suyu toplamağı və hətta elektrik kabelindən düzəltdiyi iplə balıq tutmağı da öyrənir. Balıqları bişirə bilmədiyi üçün günəşdə qurudaraq yeyir. Lim balıq tükənəndə yosunlardan quş evi tikərək quş ovlamağa başlayır.
133 günün sonunda bir balıqçı gəmisini görən Lim, əlindəki fişənglərdən birini istifadə edərək yerini bildirməyə çalışır. Uzun müddət açıq dənizdə olduqdan sonra Poon Lim balıqçılar tərəfindən xilas edilir və 4 həftə xəstəxanada müalicə alır.
Okeanda uzun müddət qalmasına baxmayaraq, cəmi 15 kilo arıqlayan Lim, qısa müddətdə sağlamlığını bərpa edir.
Poon Limin başına gələnlər ABŞ-da o qədər məşhur idi ki, ABŞ Donanması hətta onun üçün qısa bir sənədli film çəkmək qərarına da gəlir. Lim 1943-cü ildə İngilis İmperatorluğu medalı ilə təltif edilir. Müharibə bitdikdən sonra Lim ABŞ prezidenti Harri Trumanın imzaladığı xüsusi bir qanuna görə, ABŞ vətəndaşılığı və daimi yaşayış yeri alır.
Həm müharibə qəhrəmanı, həm də usta dənizçi sayılan Lim, eyni zamanda dənizdə ən uzun müddət sağ qalan insan olaraq tanınır.