Massaçusets Universitetinin alimləri siqareti tərgitməyin üç ən yaxşı üsulunu müəyyən ediblər.
Lent.az xəbər verir ki, bu üç üsul vareniklin preparatını, sitizin adlı bitki birləşməsini qəbul etmək və nikotinli elektron siqaretdən istifadə etməkdən ibarətdir.
Araşdırmanın nəticələri “Addiction” jurnalında dərc olunub.
Nikotin asılılığından qurtulmağın müxtəlif üsullarının effektivliyini qiymətləndirmək üçün alimlər “Cochrane” beynəlxalq tədqiqat təşkilatı tərəfindən aparılan 14 böyük elmi rəyi təhlil ediblər.
Məlum olub ki, ənənəvi siqaretləri elektron siqaretlərlə (nikotinlə) əvəz etmək birinciyə olan həvəsdən qurtulmağa kömək edir. Digər nikotin əvəzedici terapiya məhsulları (yamaqlar, spreylər, saqqızlar) daha az effektivliyə malikdir.
Alimlər həmçinin aşkar ediblər ki, Vareniklin qəbulu siqareti atmağa kömək edir. Bu “Pfizer” tərəfindən yaradılmış reseptlə satılan bir dərmandır. O, beynin mükafat mərkəzində dopamin ifraz edir və bununla da nikotin istəyini azaldır.
Siqareti tərgizməyi asanlaşdırmaq üçün sytizin adlı bitki əsaslı birləşmə də istifadə olunur. Nikotinin təsir mexanizminə yaxın oxşarlığı ilə sitizinin daha az toksikliyi və daha böyük terapevtik indeksi var.