Ali təhsil beyinə necə təsir edir?  -  ARAŞDIRMA
02 may 2021 17:18 (UTC +04:00)

Ali təhsil beyinə necə təsir edir?  - ARAŞDIRMA

Yaxşı bir təhsilə sahib olmağın beynin qocalma müddətini ləngitdiyi iddia edilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, İsveçdən olan mütəxəssislər bunun heç də belə olmadığını müəyyənnləşdiriblər.

Ali təhsil sinir sisteminin mərkəzi orqanının atrofiyasına (yemək pozğunluğu, heyvanların və insanların hüceyrələrinin, toxumalarının, orqanlarının ölçüsündə intravital azalma) qarşı müdafiə vasitəsi deyil.

Ancaq ali məktəbdə təhsil almaq digər sağlamlıq faydaları var. Bu haqda Umeo Universitetinin tədqiqatçıları danışıblar.

Mütəxəssislər ali təhsil alan bir insanın beynində baş verən prosesləri təhlil ediblər.
Təhsil prosesinin həqiqətən müəyyən dəyişikliklərə kömək etdiyi ortaya çıxıb. Məsələn, sinir sisteminin əsas orqanının qabığının həcmi artır. Ancaq bu, onun yaşlanma sürətinə təsir etmir.

Təhsilli insanlarda beyin, universitetdə oxumayanlarda olduğu kimi tez "quruyur".

Lakin bir universitetdə oxumaq hər halda beyinə müsbət təsir göstərir.

Elm adamları universitet məzunlarında neyrodejenerativ xəstəliklərin inkişaf riskinin daha aşağı olduğunu söyləyirlər.

Bundan əlavə, bu cür insanların ürək və qan damarları ilə əlaqəli xəstəliklərlə qarşılaşma ehtimalı azdır.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2457
avatar

Oxşar yazılar