Diyarbakırın Ergani bölgəsindəki Sakız dağında tərs lalələr bu günlərdə göz oxşayan görüntü yaratması ilə diqqət çəkir.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Sakız dağının zirvələrində çiçək açan tərs lalələr həm də “ağlayan gəlin” adı ilə də tanınır.
Baharın gəlişi ilə mahaldan 1200 metr yüksəklikdə Sakız dağında "ağlayan gəlin" adlanan tərs lalələr çiçək açır. Tərs lalələr rəngli görüntüləri ilə təbiətsevərlərin və fotoqrafların diqqətini çəkir.
Tərs lalələri qoparanlara, bioloji müxtəlifliyi məhv etmək günahından 60.163 türk lirəsi (təxminən 12 min manatdan çox) pul cərimə olunur.