İsrailin İvrit Universiteti qansoran həşəratlar üçün sadə, təbii və asanlıqla əldə edilə bilən vasitə hazırlayıblar.
Lent.az xəbər verir ki, elm adamları effektiv qoruyucu gel yaratmaq üçün bitki hüceyrə divarının əsas struktur komponenti olan təbii molekul sellülozadan istifadə ediblər. Onlar kimyəvi cəhətdən onun strukturunu dəyişərək, şəffaf, lakin çox sıx yerləşən nanokristallara çeviriblər.
Tədqiqatçılar daha sonra onları su və az miqdarda qliserinlə qarışdıraraq sprey və ya gel halında dəriyə tətbiq ediblər. Eyni zamanda onlar yeni məhsulu müxtəlif növ ağcaqanadlar üzərində sınaqdan keçiriblər. Nəticələr göstərdi ki, gel qansoran həşəratların 80 faizi üçün çox sərt reaksiya verib. Hətta ona indol əlavə edildikdə isə təsir 100 faizə qədər artıb.
Araşdırmalar zamanı məlum olub ki, sellüloza nanokristallarının örtülməsi ağcaqanadları cəlb edən ammonium hidroksid buxarının keçidini əngəlləyir.
Bildirilir ki, gel tamamilə şəffafdır, yüngüldür və dəridə hamar, xoş hisslər yaradır.
Tədqiqatı aparanlardan biri olan mütəxəssis Daniel Voynak məsələ ilə bağlı danışıb.
“Məhsulumuzu ən qısa zamanda bazara çıxarmaq üçün çalışırıq. Yeni yanaşma təklif etdiyimiz üçün siz tənzimləmə prosesindən keçməlisiniz. Bununla belə, biz uğur qazanacağımıza əminik. Çünki istifadə etdiyimiz bütün inqrediyentlər bilinən kosmetik komponentlərdir”, - o bildirib.