ABŞ-ın biomateriallar üzrə ixtisaslaşmış “Uncaged Innovations” şirkəti dərinin ekoloji cəhətdən təmiz analoqunun hazırlanması üçün 5,6 milyon dollar vəsait toplayıb.
Lent.az xəbər verir ki, vəsaitlər şirkətin məhsulunu bazara çıxarmaq və komandanı genişləndirmək üçün istifadə olunacaq. Həmçinin şirkət davamlı dəri istehsal edilən fabrikdə daha çox işçi işə götürməyi planlaşdırır.
Qeyd edək ki, “Uncaged Innovations” şirkəti 2020-ci ildə Nyu Yorkda yaradılıb. Şirkət ilk dəri analoqunu dənli bitkilərin strukturunu təşkil edən zülalını xüsusi materiala çevirməklə hazırlamışdı.
Bu materialın strukturu və keyfiyyəti ənənəvi dərinin xüsusiyyətlərinə yaxındır. Ekoloji cəhətdən təmiz məhsulun istehsalı atmosferə atılan zərərli tullantıları azaldacaq. Bundan əlavə, su və enerji xərcləri müvafiq olaraq 93 və 72 faiz azalacaq.