Abramoviçin Putinin dostları ilə milyonlarla dollarlıq  gizli sövdələşməsi   üzə çıxdı
17 noyabr 2023 00:03 (UTC +04:00)

Abramoviçin Putinin dostları ilə milyonlarla dollarlıq gizli sövdələşməsi üzə çıxdı

Rusiyalı oliqarx Roman Abramoviç və Kreml rəhbəri Vladimir Putinin “pul kisəsləri” ilə milyon dollarlıq gizli sövdələşmə aparıb. 

Lent.az-ın məlumatına görə, Rusiyanın BBC xidməti xəbər verir ki, bunu sızdırılma nəticəsində geniş ictimaiyyətə məlum olan məxfi sənədlər sübut edir.

Britaniya və Aavropa İttifaqı tərəfindən sanksiyaya məruz qalan Roman Abramoviç Rusiya prezidenti ilə maliyyə əlaqələrini inkar edib. Lakin Kiprdən alınan məxfi sənədlər onları 2010-cu ildə bağlanmış 40 milyon dollarlıq məxfi razılaşma ilə əlaqələndirən yeni sübutlar təqdim edib.

İki şirkət, “Finoto Holdings” və “Grosora Holdings” (2003-cü ildə yaradılıb) Abramoviçin əsas sahibi olduğu “Sara Trust Settlement”ə məxsusdur. 2003-cü ilin sentyabrında iki firmanın hər biri Rusiyanın reklam nəhəngi “Video International”da 12,5 faiz payı 130.000 dollara alıb.

Qiymət əhəmiyyətli dərəcədə aşağı salınıb, çünki əməliyyat zamanı şirkət Rusiyanın televiziya reklamı bazarında lider idi.

Növbəti yeddi il ərzində Abramoviç “Video İnternational”da pay sahibi olub. Şirkət dövriyyəsinin 2 milyard dollardan çox olduğunu bildirib. Bu müddət ərzində “Finoto” və “Qrosoraya” 30 milyon dollar dividend ödənilib.

2010-cu ildə “Video International”ın gəliri üç milyard dollar olub. Abramoviçin şirkətləri öz səhmlərini bazar dəyərindən çox aşağı 20 milyon dollara başqa firmalara satıblar. Səhmləri sahibləri Putinin “pul kisəsi” olan şirkətlər – Sergey Rolduqin və Aleksandr Plexov alıb.

Sergey Rolduqin Putinin köhnə dostu, violonçel ifaçısı və Sankt-Peterburqdakı Musiqi Evinin bədii rəhbəridir. Putini ilk həyat yoldaşı Lyudmila Şkrebneva ilə tanış edən Rolduqin olub. Rolduqin həm də onların böyük qızının xaç atası olub.

Aleksandr Plexov Putinin Sankt-Peterburqdan olan digər yaxın dostu, keçmiş biokimyaçı, hazırda isə biznesmendir.

Yada salaq ki, Abramoviç Rusiyanın Ukraynaya hücumundan bir neçə həftə əvvəl Qərbin sanksiyalarının nəticələrindən ehtiyat edərək keçmiş həyat yoldaşına təxminən 1 milyard dollarlıq kolleksiya köçürüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4089
avatar

Oxşar yazılar