İspan Beatris Flamini yerdən 70 metr dərinliyindəki mağarada il yarım keçirib.
Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, bununla dünya rekordu qırıb.
500 gün mağarada qaldıqdan sonra Flaminin dostları onu qarşılayıblar. Məlum olub ki, bu müddət ərzində heç kimlə əlaqə saxlamayan Beatrisini yerdən izləyirlərmiş.
Onun sağlamlığı və fiziki durumunun qaydasında olduğu bildirilir.