30 dəqiqə  dayanmadan yeyib rekord qırdı - FOTO
27 may 2023 16:43 (UTC +04:00)

30 dəqiqə dayanmadan yeyib rekord qırdı - FOTO

Böyük Britaniyanın Peynton şəhərində 35 yaşlı Maks Stenford yarım saat ərzində 4500 kalorili yemək yeyib. 

Lent.az “Daily Star”a istinadən xəbər verir ki, o, bu zaman bədənində baş verənlərdən danışıb.  

Stenford bildirib ki, içində müxtəlif yeməklər olan böyük bir boşqab yemək yeyib. Bu zaman ümumi kalori miqdarı tövsiyə olunan gündəlik normadan iki dəfə çox olub. 

O, 566 qram biftek, 340 qram toyuq budu, çizburger, kolbasa, toyuq əti, barbekü toyuq qanadları, yumurta, soğan halqaları, tərəvəz və salat yeyib. Həmçinin nəhəng bir yığın çips, iki omlet və başqa qarışıq növlü salat istehlak edib.

Bu yemə prosesi üçün britaniyalı 27 dəqiqə 25 saniyə vaxt sərf edib və bunun sayəsində o, əvvəlki 44 dəqiqəlik rekordu yeniləyib. Stenford bir saat ərzində bunu etməsəydi, bütün yeməklər üçün 61 dollar ödəməli olacaqdı.

Nəticədə 35 yaşlı həvəskar öz nailiyyəti ilə rekord qırıb. Ancaq daha sonra Stenford qaranlıq bir otaqda uzanaraq nəfəs almaqda çətinlik çəkib. 

“Hər şeyi yedikdən sonra çıxıb qaranlıq otaqda uzandım. Bundan sonra əzab çəkdim, çox narahat oldum ", - deyə britaniyalı deyib.

# 1833
avatar

Sevinc Fərid

Oxşar yazılar