25 milyonun sitayiş etdiyi din:  Azərbaycanda ona aid məbəd...
01 aprel 2021 17:26 (UTC +04:00)

25 milyonun sitayiş etdiyi din: Azərbaycanda ona aid məbəd...

Hələ 500 yaşı olan Siqhizm, ən böyük dinlərindən biridi. Demək olar bütün dünya ölkələrində inanılan bir din olan Siqhizmə 25 milyondan çox insan sitayiş edir.

Siqhizm dünyanın 10 böyük dinindən biridir. Bu dinə inanan insanlar özlərini Siqh olaraq tanıyırlar. Yalnız ABŞ-da təxminən 500 min, dünyada isə 25 milyona yaxın Siqhin yaşadığı məlumdur.

Pakistanın bir hissəsi olaraq da bilinən köhnə Pəncabın şimal hissəsində, 16-cı əsrdə ortaya çıxan Siqhizm dininin qurucusu Quru Nanakdır. Quru Nanak, içində böyüdüyü Hindu fəlsəfəsini rədd etməsi ilə tanınır. Ömrü boyu kənd-kənd gəzərək, getdiyi hər yerdə “Tanrılar”  anlayışını pisləyən Nanak, yalnız bir Tanrı olduğu fikrini təbliğ edib.  Siqhizm dininin müqəddəs kitabı "Quru Qrant Sahib"dir. Amma bu siqhlər tərəfindən sadəcə kitab kimi deyil, eyni zamanda canlı varlıq kimi də qəbul olunur. 1430 səhifəlik bu kitabda Siqh dininin qurucuları ilə yanaşı, müsəlman və hinduizm liderlərinin sözlərindən də istifadə edilib.

Siqhizim dinin fərqli xüsusiyyətləi nələrdir?

Siqhizim çoxtanrılı dinləri qətiyyətlə rədd edir. Bu dinə görə, bütün insanlar bərabər sayılır. Bütün Siqhlərin məğlub etməli və təmizləmələri lazım olan beş şər var. Siqhizimə inanan sihlər əvvəlcə öz içlərindəki bu beş şərin öhdəsindən gəlməlidirlər. Qəzəb, eqo, maddi bağlılıq, hirs və şəhvət məhz həmin beş şər duyğudur.

Azərbaycanda bu dinə inananlar varmı? Ümumiyyətlə, ölkəmizdə bu dinlə bağlı hər hansı bir məbəd mövcuddurmu?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) Lent.az-a bildirildiyinə görə, onlarda bu barədə heç bir məlumat yoxdur:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ölkəmizdə Siqhizm dininə mənsub şəxslərin yaşaması barədə məlumat daxil olmayıb. Eyni zamanda, respublikamızda adıçəkilən dinə aid məbəd də qeydə alınmayıb”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11196
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09