2021-ci ilin  ən yaraşıqlı kişisi:   Həbsxanadadır
02 yanvar 2022 12:57 (UTC +04:00)

2021-ci ilin ən yaraşıqlı kişisi: Həbsxanadadır

Hər kəs yola saldığımız ilin yekunlarını müzakirə edərkən, 2021-ci ilin ən yaraşıqlı kişisinin adı məlum olub. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, 25 yaşlı Painq Takhondur.

Elə olub ki, aktyor və model Painq Takhon bir gündə birdən iki xəbər alıb: o, Myanmada çevrilişə dəstək üçün siyasi etirazlara görə üç il həbs cəzasına məhkum edilib və həm də “2021-ci ilin ən yaraşıqlı siması” seçilib.

O, sosial şəbəkələrdə etirazçılara açıq dəstək verdikdən sonra həbs edilib. Həmin vaxt Painq vətənində müxtəlif televiziya seriallarında və filmlərdə fəal rol oynayırdı. “TC Candler”in reytinqi sayəsində "Planetin ən yaraşıqlı adamı" adını alıb. 

2021-ci ildə ikinci yeri aktyor Kris Hemsvort tutub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5244
avatar

Oxşar yazılar