Amerikalı kino və televiziya aktyoru Kris Evans “People” jurnalı tərəfindən 2021-ci ilin ən seksual kişisi seçilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, sktyor "Fantastik dördlük", "Qisasçılar", "Birinci qisasçı: İkinci müharibə” və digər filmləri sayəsində populyarlıq qazanıb.
İnsayderlərin fikrincə, başqa aktyorun qalib gələcəyi planlaşdırılırdı və bu, keçən il baş verməli idi. Ancaq bosslar mükafatı indi təqdim etmək qərarına gəliblər.
Keçən il bu titul "Qara Pantera" filmindəki cinayətkar N'Jaki rolu ilə tanınan aktyor Maykl Cordana verilib. Həmçinin bu ada İdris Elba, Ben Afflek, Metyu Makkonahi, Bred Pitt və başqaları layiq görülüb.