190 yaşlı tısbağanın EHTİRASI  – Mütəxəssislər ŞOKDA 
12 mart 2022 11:03 (UTC +04:00)

190 yaşlı tısbağanın EHTİRASIMütəxəssislər ŞOKDA 

Ginnesin rekordlar kitabına görə, Conatan adlı tısbağa dünyanın ən yaşlı heyvanıdır.

Lent.az-ın Fransa KİV-ə istinadla verdiyi xəbərə görə, tısbağa 1832-ci ildən əvvəl Seyşel adalarında dünyaya gəlib və hazırda Müqəddəs Yelena adasındakı parkda saxlanılır.

1880-ci ildə adaya gətirilən heyvanın yaxın günlərdə “doğum günü” keçiriləcək.

Tısbağanın 1882-ci ildə çəkilmiş fotosu onun hələ adaya gətirilərkən kifayət qədər yaşlı olduğunu göstərir. Bütün tısbağalar kimi onda da metabolizm ləngdir. O özünü günəşə verməyi xoşlayır. İsti havada isə xəzəllərin altına girir. 

190 yaşlı tısbağanın gözü və dadbilmə qabiliyyəti zəifləsə də, ehtirası azalmır. O, vaxtaşırı digər 2 tısbağa ilə cütləşir.

Heyvanın bu yaşda cinsəlliyi mütəxəssisləri sözün əsl mənasında şoka salıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3437

Oxşar yazılar