181 dəfə dünya rekordçusu  oldu
28 avqust 2024 17:51 (UTC +04:00)

181 dəfə dünya rekordçusu oldu

Amerikalı Devid Raş 181 dəfə dünya rekordçusu olaraq adını Ginnesin Rekordlar Kitabına salıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onun qeyri-adi rekordlarına dəqiqədə ağzında 59 zefir tutmaq, başında 101 rulon tualet kağızı saxlamaq və ən qəribə əşyalarla hoqqa çıxarmaq daxildir.

Rekordlar yaratmaq hələ uşaqlıqdan onun üçün özünü ifadə etmək üsulu olub. Amerikalı 2021-ci ildə 52 həftə ərzində 52 rekord vurub.

Bu yay David artıq bir gündə 15 rekord qırmağı bacarıb. Ginnesin Rekordlar Kitabının ofisində o, bir litr əhəng şirəsini 13,99 saniyəyə içməklə insanları təəccübləndirib.

Davamlı olaraq yeni nailiyyətlərə can atmaqla yanaşı, David həyat yoldaşı və iki uşağı ilə normal həyat sürür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1737
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar