ABŞ-da maraqlı rekorda imza atan cütlük var. Belə ki, David və Lauren Blair yüz dəfədən çox evlənib.
Lent.az xəbər verir ki, maraqlısı isə onların heç vaxt boşanmadıqları, sadəcə olaraq toy mərasimlərini yenidən təşkil etdikləridir.
David və Lauren Blair toylarını necə keçirirlər?
İldə bir neçə dəfə evlənirlər, hər mərasimi yeni məkanda keçirməyə çalışırlar. Amerikalılar Nyu York, Missisipi, Nevada, İngiltərə və Şotlandiyada evlənməyi bacarıblar. David və Lauren Blair 1 yanvar, 14 fevral, 29 fevral və 24 dekabrda evləniblər.
Hər belə hadisə başa çatdıqdan sonra cütlük yeni bal ayına başlayır. Təbii ki, növbəti toya qədər Devid və Lauren Bleyer nikahlarını pozmurlar. Onlar sadəcə olaraq, qeyri-rəsmi olan yeni bir mərasimə hazırlaşırlar.