Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dəniz barədə danışıb.
Lent.az-ın məlumatına görə, müğənni “Özəl” verilişində bildirib ki, qızının müğənni olmasını istəmir:
“Bir il bundan öncə məndən soruşaydılar ki, qızınızın müğənni olmasını istərdiniz? Mən bu suala "hə" deyə bilərdim. Amma indi bu suala "yox" deyirəm. Bir səhnə adama "Sizin yolunuzu övladınızın davam etdirsin" sualı veriləndə xətrimə dəyir. Bu cür sözlər mənim çəkdiyim əziyyətə, sənətimə xələl gətirir”.
Qeyd edək ki, Zülfiyyə Xanbabayeva 2007-ci ildə ana olub.