Zorakılıqda ittiham olunur, məhkəmədə  hay-küy   saldı
01 noyabr 2023 13:52 (UTC +04:00)

Zorakılıqda ittiham olunur, məhkəmədə hay-küy saldı

Hollivud ulduzu, iki dəfə “Oskar” mükafatı almış  Robert De Niro köməkçisinə qarşı zorakılıq və şiddət tələb etmə iddiası ilə məhkəməyə verilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, dünən aktyorun məhkəməsi baş tutub. O, ittihamı boş söz-söhbət adlandıraraq, qəbul etməyib. Köməkçisi De Niroya qarşı sərt ittihamlar səsləndirdikdə isə aktyor hay- küy salıb, qəzəbini gizlədə bilməyib.

Qeyd edək ki, 2008-2019-cu illərdə Robert De Nironun maliyyə məsələləri üzrə köməkçisi işləmiş Qrexem Çeyz Robinson bildirib ki. işdən azad olduqdan sinra De Niro ona yeni işə düzəlmək üçün tövsiyə məktubu vermək istəməyib və aralarında qalmaqal yaşanıb. Buna görə xanım Robinson 12 milyon dollar təzminat tələb edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4923
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar