Xalq artisti, rejissor Ramiz Əzizbəylinin vəziyyəti yaxşı deyil.
Bu barədə Lent.az-a Xalq artistinin həyat yoldaşı açıqlama verib: “Artıq həkimlər bu gün dedilər ki, yaşamasına ümidiyoxdur. Vəziyyəti ağırdır. Allah özü kömək olsun” ( ağlayır ).
Qeyd edək ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Onun ayaqları barmaq hissədən amputasiya olunub.