Dünya şöhrətli müğənni Madonna 1 ay öncə keçirdiyi ağır bağırsaq infeksiyasından sonra evdə istirahətinə davam edir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, sosial media hesabından paylaşım edən müğənni yazıb: “Həyatda olduğum üçün özümü şanslı hiss edirəm”.
“Ana olaraq özümüzü övladlarımızın ehtiyaclarına həsr edirik, hər zaman fədakarlıq etdiyimizi düşünürük. Amma xəstələndiyim zaman əməyimin boşa getmədiyini gördüm, yanımda oldular. Onların varlığı hər şeyi dəyişdirdi, bu günə qədər görmədiyim cəhətlərini gördüm”. - Madonna bildirib.