Türkiyəli müğənni Safiye Soyman hazırda ekranlarda böyük tamaşaçı marağı ilə qarşılanan “Yalı çapkını” serialının hekayəsinin onun ömür yoluna çox bənzədiyini deyib.
Lent.az-ın xəbərinə görə, qatıldığı teleşoulardan birində öz ömür yolu haqqında danışan müğənni göz yaşlarını saxlaya bilməyib.
“Məni uşaq gəlin olaraq ərə verdilər. Bacıma elçi gəlmişdilər, məni bəyəndilər. Yaşım çox az idi, babam zorla 13 yaşımdaykən 26 yaşlı adama ərə verdi, adına qız deyəcəklərinə, gəlin desinlər dedi.
Məhkəməlik olduq. Hakim atama dedi ki, övladına baxa bilmirsən, ver mən baxım. Utanıb yerə girdi, amma yenə fikrindən vaz keçmədi. Evləndirdi. Ərim məni çox döyürdü. Nəyi vardısa qumara qoyurdu. İnad edim oxumasaydım bu günkü Safiye olmazdım.
Övladlarım qucağımda orta məktəbi də bitirdim, universiteti də. Dövlət bankında işə başladım. Sonra radioda bir müsabiqə keçiriləcəyini eşitdim, beləcə sənət yolçuluğum başladı”, - o bildirib.
Safiye Soyman daha sonra imam nikahı ilə müğənni və iş adamı Faik Öztürkle birlikdə yaşamağa başlayıb. İlk evliliyindən Harun və Ümran adlı 43 və 44 yaşlarında iki övladı var. 44 və 43 yaşlarında olan övladlarına Faik bəy atalıq edib. Harun anadangəlmə şikəstdir, bu illər ərzində Safiyə Soyman qayğısını ondan əskik etməyib.