Aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuş yeni biznes qurub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı Türkiyədə özünə aid olan kosmetik vasitələrin tanıtımına başlayıb:
"Bu sahədə böyük səs gətirəcəyimə inanıram. 6 aydır bu iş üçün çalışıram. Xaricdəki firmalarla işləyirəm. Keyfiyyət mənim üçün önəmlidir və ucuz olmağı üçün əlimdən gələni edəcəyəm. Məni sevənlər 500 TL-yə ətir ala bilməz".