Müğənni Vüqar Muradov
19 fevral 2021 10:14 (UTC +04:00)

Müğənni Vüqar Muradov

"Xəyanət etməyən kişi yoxdur" - Bu açıqlama müzakirə edildi

Müğənni Vüqar Muradov sosial şəbəkədə müzakirələrə səbəb olacaq açıqlama verib.

Lent.az-ın məlumatına görə, ifaçı sosial şəbəkədə bildirib ki, xəyanət etməyən kişi yoxdur:

"Əziz xanımlar, diqqətlə oxuyun, xəyanət etməyən kişi yoxdur. Milyonda bir ola bilər, o da kimin bəxtinə düşərsə.... sadəcə, normal kişi bunu qadınına hiss etdirməməlidir. Bizim coğrafiyamızda bu belədir, özünüzü boş yerə aldatmayın. Yaxşı, nə edəcəksiniz, boşanacaqsınız? Yaxşı, boşandın, sonradan başqasına ərə getdin. O, xəyanət etməyəcək?

Bacardığınız qədər ərinizə diqqət, qayğı göstərin ki, çox ora-bura getməsin. Yoxsa ki, xəyanət eləsən, boşanaram söhbətləri boşdur. Hansınızı dindirsək, "Xəyanəti bağışlamaram" sözünü deyirsiniz. Özünüz özünüzü boş yerə aldadırsınız, ideal kişi axtarmayın. Yoxdur o xalqın kişisi, yoxdur, aldadıblar sizi".

Qeyd edək ki, Vüqarın bu sözləri sosial şəbəkədə müzakirə edilib. 

 

# 4533
avatar

Yalçın UĞUR

Oxşar yazılar