“Zorik” ləqəbi ilə tanınan rejissor Zöhrab Ağayev Aygün Kazımovanı “şou-biznesin nömrə-1 müğənnisi” adlandırması xəbərinə aydınlıq gətirib.
“Aygün xanım o vaxt konserti zamanı o qədər kütlənin içində məni seçdi, istedadlı rejissor adlandırdı, öz çantasını mənə hədiyyə etdi.
Sağ olsun, mən də onu “nömrə-1” müğənni adlandırdım. Çünki, hər müğənni cəsarət edib çimərlik geyimində səhnəyə çıxıb konsert vermir, qeyri-adi şoularına cəsarətinə görə onu belə adlandırmışam.”
Rejissor bu xəbərin şou nümayəndələri arasında yayılması və onu sözündən dönən kimi qələmə verməsinə belə cavab verib:
“Bəziləri bunu sosial şəbəkədə paylaşıb mənə söz atırlar. Mən onlara demək istəyirəm ki, bəli, Aygün Kazımova şou sahəsində nömrə birdir.
Hazırda isə İlhamə Quliyev ilə çalışıram. İlhamə xanımsa, sənətkardır, şou-biznesin nümayəndəsi deyil. Aygün xanıma da arzu edirəm ki, nə vaxtsa yaşlananda onun kimi mövqeyə çata bilsin.”
Zorik ona söz atanlara özünəməxsus şəkildə cavab verib:
“Mənim heç kimlə düşmənçiliyim yoxdur. Əslində hər hansı insanın damarından azərbaycanlı qanı axırsa, heç kimlə düşmənçilik etməli deyil. Bəziləri kimi başlasam, onda qan su yerinə axacaq. Mənə söz atanların vaxtilə kimlərlə çalışdığını, indi hansı tərəfdə olduğunu söyləsəm, onda qan leysan olar”.
show.az