“ATV”-nin efirində yayımlanan “Məni yarımdan soruş” layihəsində yeniliklər var. Lent.az-ın məlumatına görə, bu sözləri layihənin mətbuat katibi Faiq Ələkbərov bildirib. O, bildirib ki, yarışmada iştirak etmək istəyən nişanlı və ailəli cütlüklərə yaş məhdudiyyəti qoyulmur: “Bir sözlə, hər kəs bu layihədə iştirak edə bilər. Aparıcıların səmimiliyi, zarafatları yarış iştirakçılarının da özlərini sərbəst hiss etmələrinə səbəb olur. Ona görə də, yaşından, vəzifəsindən, yaşadığı məkandan, təhsilindən asılı olmayaraq, hamı həvəs və maraqla “Məni yarımdan soruş” layihəsini izləyir. Layihəyə qatılanlar başlarına gələcəklərdən xəbərsiz olurlar. Hər mərhələdəki sınaqların qaydalarını öyrəndikcə iştirakçıların üzündə yaranan ifadələrə gülməmək mümkün deyil. “Məni yarımdan soruş” layihəsinə qatılanlar əliboş geri qayıtmırlar, qalib gələnlər isə avtomobilə sahibi olurlar”.
Qeyd edək ki, “Məni yarımdan soruş” layihəsini bu gün axşam saat 21:40-da “ATV”-nin efirində olacaq.
Onu da əlavə edək ki, “Məni yarımdan soruş” layihəsinin informasiya dəstəkçisi Lent.az-dır.