Yoxsul amerikalı 188 milyonunu xeyriyyəçiliyə vəsiyyət edib
01 dekabr 2013 07:48 (UTC +04:00)

Yoxsul amerikalı 188 milyonunu xeyriyyəçiliyə vəsiyyət edib

ABŞ-ın Sietl şəhərinin sakini Cek MakDonald gizli milyonçu olduğu o öləndən sonra üzə çıxıb. Lent.az-ın «Russia today»-a istinadən məlumatına görə, sağlığında onu yoxsul adam kimi tanıyırmışlar. O, ictimai nəqliyyatdan istifadə edir, endirim üçün kupon toplayırmış.

 

Ancaq vəsiyyətnaməsində 188 milyon dollarını xeyriyyəçiliyə sərf edilməsini vəsiyyət edib.

 

Bu 2013-cü ildə Vaşinqtonda edilən ən iri məbləğli, ölkə üzrə isə irihəcmlilərdən biri olub. Vəsiyyəti bu ilin sentyabrında, Cek MakDonald öləndən sonra elan edilib.

 

Onun ögey qızı  bildirib ki, atalığı heç vaxt özünü varlı göstərməyib: «O, istəmirdi ki, pul üçün ona yalvarsınlar. Biz var – dövlətinin təyinatı ilə bağlı  onun qərarına hörmət edirik».

 

Vəsiyyətnaməyə əsasən, Cek MakDonald 188 milyonunun 40 faizi uşaq tibb mərkəzinə, 3-də biri «Qurtuluş ordusu» dini-xeyriyyə cəmiyyətinə, qalan 3-də biri isə 1940-cı ildə məzunu olduğu Vaşinqton universitetinə çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1827
avatar

Oxşar yazılar