Yenilənən 100 dollarlıq əskinaslar ABŞ-da dövriyyəyə buraxılıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, yeni əskinasın saxtalaşdırılmadan qorunması üçün yeni texnoloji imkanlardan istifadə edilib.
«100»-ün iri rəqəmlə yazılması, göy rəngli «3D» zolağı və «azadlıq zənginin» rənginin dəyişən bənövşəyi boya bu yeniliklərdən sayılır. ABŞ-ın əsasını qoyanlardan biri, Bencamin Franklinin portreti dəyişməz olaraq, qalıb. İndiki 100 dollarlıq əskinas 1990-96-çı illərdə buraxılıb.
Mütəxssislərin qənaətincə, onların 3-də ikisi ABŞ-dan xaricdə dövriyyədədir.