Yəmənin insan haqları üzrə naziri Hüriyə Məşhur azyaşlıların nikaha girməsini yasaqlayan qanun qəbul edilməsi ilə bağlı ölkə parlamentinə müraciət edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, deyib ki,Yəmən ictimaiyyəti 8 yaşlı qızı nikah gecəsi daxili qanaxmadan ölməsindən hiddətlənib və bu baxımdan belə bir qanunun qəbul edilməsi üçün əlverişli şəraitdə mövcuddur.
40 yaşlı kişi ilə evləndirilən 8 yaşlı qızın nikah gecəsi ölməsi faktını yerli hakimiyyət qurumları ört-basdır etməyə çalışsa da, baş nazirini müşaviri məsələni dərindən araşdıracaqlarını, hadisə təsdiqlənəcəyi halda suçluların cəzalandırılacağını boyun olub.