Müğənni Xuraman Şuşalı avtomobilinin dövlət qeydiyyat nişanını tapan şəxsə vəd etdiyi mükafatı verib. Lent.az-a açıqlama verən X.Şuşalı bildirib ki, o, nömrəni tapan şəxsə pul verib: “Allah bizə düşmənimizi dost eləsin. Avtomobilimin dövlət qeydiyyat nömrə nişanını tapdım. Bunu tapan şəxsə mükafat vəd etmişdim. Sözümün üstündə də durdum. Həmin insana pul verdim. Amma nə qədər pul verdiyimi deyə bilmərəm. Çünki Quranda da yazılıb ki, sağ əlini verdiyini, sol əl bilməməlidir”.
*****
10:42
Müğənni Xuraman Şuşalı avtomobilinin nömrə nişanını tapıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə yazıb: “Çox şükür, bu gün gətirib nömrəmi verdilər”.
Qeyd edək ki, bir müddət öncə X.Şuşalı sosial şəbəkədə yazaraq bildirmişdi ki, onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanını - 10 SP 007 itib: “Dostlar, maşınımın nömrəsi (10 SP 007) itib. Tapan şəxsi hədiyyə gözləyir”.