Xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşova yaradıcılığında yenilik edib. Lent.az-a açıqlama verən ifaçı bildirib, sözləri və musiqisi Arzu Abbasovaya məxsus “Bunu demə” adlı bəstəyə klip çəkdirib: “Artıq yeni mövsümdən yaradıcılıq işlərimə start vermişəm. Demək olar ki, şou-biznesdə yeni mövsümün ilk klipini mən təqdim etdim. Müğənninin işi mahnı oxuyub, klip çəkdirməkdirsə, mən də bunları edirəm. Barəmdə gəzən söz-söhbətlərə əhəmiyyət vermirəm. Heç verməyəcəm də. Bu günlərdə atamın ad gününü qeyd etdik. Elə bu mahnı da atamın ad gününə bir hədiyyə olsun. Çox xoşbəxtəm. Allahıma şükür edirəm ki, yaxşı ailəm var. Pərəstişkarlarım gözləsinlər, bu il yaradıcılığımda xeyli yenilik olacaq”.
Qeyd edək “Bunu demə” adlı mahnının aranjeman və rejissorluq işini də A.Abbasova həyata keçirib.