Xalq artistinin ailəsində xoş gün
01 iyul 2017 14:53 (UTC +04:00)

Xalq artistinin ailəsində xoş gün

 

Xalq artist Səməd Səmədov 7-ci dəfə baba olub. Bu barədə Lent.az-a xalq artistinin özü xəbər verib. O bildirib ki, oğlu Anarın 4-cü qızı dünyaya göz açıb: “Ailəmizdə xoş gündür. Oğlumun 4-cü qızı dünyaya göz açıb. Elə bilirdik ki, oğlan olacaq, qız oldu. Allah olmayanlara nəsib eləsin. Mən nəvələrimi çox istəyirəm. Elə ona görə də istirahət üçün bu il heç bir xarici ölkəyə getməyəm. Ailəmlə birgə öz bağımızda olacağıq. Bu hər şeyə dəyər”.

 

Qeyd edək ki, S.Səmədovun oğlu Anar uzun illər öncə müğənnilik etmək istəsə də xalq artisti onu bu fikrindən daşındırıb. Hazırda o Moskvada bizneslə məşğuldur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar