Xalq artisti Arif Quliyev oğurluq etməsindən danışıb. Lent.az-ın məlumatına görə, ATV-nin “Düzünü desək” verilişində qonaq olan A.Quliyev bildirib ki, o, illər öncə etdiyi hərəkətə görə peşmandır. Xalq artisti oğurluq etdiyini gözyaşı içində etiraf edib: “Hər bir insanın həyatında elə hallar olur ki, ya özünü bağışlamır, ya da kimsəni. Günlərin bir günü, bir az dəqiq desək 1976-cı il olardı. Təxminən 23-24 yaşım var idi. İncəsənət universitetində oxuyub, oranın yataqxanasında da qalırdım. Yataqxanada ac oturmuşdum. Öz-özümə dedim ki, “mən necə edim ki, pul qazanım?” Fikirləşdim ki, gedim “Vağzal”a və orada qatar gələn zaman insanların çamadanlarına yardım edim, pul qazanım. Beləcə getdim, qatardan enən bir yaşlı xanım məndən çamadanlarını daşımağı xahiş etdi. Çamadanları nəzərdə tutulan yerə qoydum. Sonuncu çamadanı yerinə qoyanda yeşiyin biri sındı. Yeşiyin içində də balıqlar var idi. Balığa baxıb, fikirləşdim ki, bu xanım mənə az pul verəcək. Mənim də balıq almağa pulum çatmayacaq. Beləcə də mən balığı oğurlayıb, qaçdım. Balığı evə gətirib, evdə qaynadıb, yedim. Həmin hadisənin üstündən illər keçsə də hələ də özümə bağışlaya bilmirəm. Etdiyim hərəkətə görə peşmanam”.

Oxşar yazılar

Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55