Vəkili Elnarə Abdullayevanın polisə çağırılma xəbərindən danışdı
27 yanvar 2016 11:08 (UTC +04:00)

Vəkili Elnarə Abdullayevanın polisə çağırılma xəbərindən danışdı

"Əməkdar artist Elnarə Abdullayevanın polisə çağırılma xəbəri yanlışdır". Bu sözləri Lent.az-a E. Abdullayevanın vəkili Gülnar Nəzərli deyib. Vəkil deyib ki, əməkdar artist  Abşeron Rayon Polis İdarəsinə çağırılmayıb: “Elnarə xanıma və bizə heç bir rəsmi dəvət gəlməyib. Əgər hər hansı bir şəxs tərəfindən belə bir şey olarsa, qanun çərçivəsində qarşılıqlı addım atılacaq. Yazılanlar həqiqəti əks etdirmir”.

 

Qeyd edək ki, ölkə.az xanəndənin ötən gün Abşeron Rayon Polis İdarəsinə çağırılması xəbərini yaymışdı. Xəbərdə bildirilir ki, əməkdar artistdən izahat alınıb və sərbəst buraxılıb. Xəbərdə əməkdar artistin polisə tanınmış vokal ifaçısı Ülvi Qılıcın şikayət ərizəsi əsasında çağırılması qeyd olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar