Türkiyəli modelyer Azərbaycanda
09 yanvar 2014 10:31 (UTC +04:00)

Türkiyəli modelyer Azərbaycanda

Türkiyənin tanınmış modelyeri İvanna Sərt yenidən Bakıya gəlib. Lent.az-ın məlumatına görə, tanınmış modelyer “ATV”nin “Özünə bax – 2” gözəllik yarışmasının final şousunda iştirak etmək üçün paytaxtımızdadır.

 

Yarışmanın münsif kürsüsündə əyləşən İvanna səfəri barədə Lent.az-a danışıb: “Bu, Bakıya növbəti səfərimdir. Azərbaycana Ruhi Əliyevanın dəvəti ilə gəlmişik. Həmkarım Hakan Akkaya da burdadır. Bakıya hər səfərimdə xoş təəssüratlarla qarşılaşıram. Bu gün də belə oldu. Bildiyiniz kimi, bu gün əlamətdar hadisə üçün burdayam. Aylardır davam edən “Özünə bax-2” yarışmasının final gecəsinə qatılmağımda məqsədimiz Azərbaycanın ən gözəl, ən baxımlı xanımını seçməkdir. Düşünürəm ki, sonda layiq olan qazanacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1895

Oxşar yazılar