Türkiyədə islam normalarına uyğun gələn ilk «mağaza -onlayn» fəaliyyətə başlayıb.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, saytda qadın və kişilərin ayrıca səhifəsi var. Hər kəs öz cinsinə uyğun olaraq, mal seçə bilər.
Saytda «islamda cinsi davranış» və «islamda cinsi həyat» başlıqlı bölmələr də mövcuddur. Həmin mövzuları istifadəçilər müzakirə edə bilər.