Tünzalə Ağayeva hər şənbə Türkiyədə veriliş aparacaq
01 fevral 2014 14:14 (UTC +04:00)

Tünzalə Ağayeva hər şənbə Türkiyədə veriliş aparacaq

Bu gündən hər şənbə Tünzalə Ağayeva Türkiyənin “TRT-Muzik” kanalında aparıcılıq edəcək. Lent.az-ın məlumatına görə, “Bir səsin cazibəsi” adı altında efirə yayımlanan proqramda T,Ağayeva nə az, nə çox 13 həftə efirdə olacaq. Proqram Bakı vaxtı ilə 00:30-da yayımlanacaq. Tünzalənin ilk qonağı isə türkiyəli Gülay olacaq.

T.Ağayeva aparıcılıq edəcəyi “Bir səsin cazibəsi” proqramdan öncə fikirlərini Lent.az-a bölüşüb: “Türkiyədə bir proqram aparmaq mənim üçün qürurvericidir. Bu təklif gələndə, sevə-sevə dəyərləndirdim. Artıq verilişin ilk buraxılışı bu axşam olacaq. Qonağımda bəllidir: Gülaydır. O, türk xalq musiqisinə öz ifası ilə rəng qatıb. Maraqlı ifa tərzi, improvizələri var. Məqsədim proqrama musiqinin müxtəlif janrlarında əsl ustadları dəvət etməkdir.

 Qeyd edək ki, T.Ağayevanı "Bir sesin cazibesı " proqramında 15 musiqiçidən ibarət Anakara Kent Orkestrası müşayiət edir. Orkestrin rəhbəri Cüneyt Sözmen, aranjemanlar Alperen Sözmen, backvocalistler Ankara Kent Orkestrasının solistləri Neval Solak və Turqay Bengüdür.

# 1166
avatar

Yalçın UĞUR

Oxşar yazılar