Müğənni Natavan Həbibi Türkiyədə özünə ev alıb.
Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O, bildirib ki, yeni aldığı mənzilin qiymətini mətbuatdan gizlədir: “Allah hamıya ev qismət eləsin. İstanbulda - İstiniyedə özümə ev aldım. Mən hər zaman yeni nəsə alıramsa, qiymətini açıqlamıram. Qiymətini açıqlasam, bu, görməmişlik kimi çıxar. Gözə gəlməkdən qorxmuram. Kimdə nəsə varsa, özünə sağlığına qismət olsun. O cümlədən mənim də. İstəmirəm ki, aldığım evi kiminsə gözünə soxum ki, bax, bizim də var. Düşmənlərimin də yaxşı yaşamasını arzu edirəm. Çünki onlar yaxşı yaşasalar, mənimlə işləri olmayacaq. Öz işlərinə başları qarışsın, məni unutsunlar”.