Şou-biznesdə daha iki küsülü müğənni barışıb.
Axşam.az-ın məlumatına görə, xalq artisti Brilliant Dadaşova və Ramal canlı efirdə barışıb.
Barışıq addımını müğənni Ramal atıb.
Canlı yayıma qatılan Ramal xalq artisti üçün çiçək və başqa hədiyyə gətirərək, onun üçün mahnı səsləndirib.
Qeyd edək ki, Brilliant Dadaşova ilə Ramal “Aləm gözəl” mahnısına görə küsmüşdü. Səbəb Ramalın xalq artisti üçün yazılan mahnını başqa bir sənətçiyə verməsi olmuşdu.