Amerikalı alimlər son illər SMS vasitəsi ilə sevgi münasibətlərinə dair araşdırma aparıblar.
Lent.az-ın «utro.ru»-ya istinadən məlumatına görə, «Journal of Couple and Relationship Therapy» jurnalı bu haqda yazı dərc edib.
Mütəxəssislər 18-25 yaş arasında olan 276 cütlük arasındakı münasibəti müşahidə araşdırıb.
Nəticədə məlum olub ki, sosial şəbəkədə, çatda biri-biri ilə yazışan sevgililər yavaş-yavaş biri-birinə olan marağı itirirlər. Onların 43 faizi ayrılıb.