Sevda ərə getməyib? - <span style="color:red;">AÇIQLAMA
26 iyun 2014 17:12 (UTC +04:00)

Sevda ərə getməyib? - AÇIQLAMA

Müğənni Sevda Sanaliyeva haqqında gəzən şayiələrə son qoyub. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bir neçə gün öncə mətbuatda ailə qurması xəbəri yayılsa da,  məlumat yanlışdır: “Artıq haqqımda çıxan şayiələrdən təngə gəlmişəm. Bir neçə sayt yazıb ki, guya mən ailə qurmuşam. Amma belə bir şey yoxdur. Bəzi media nümayəndələrindən rica edirəm ki, haqqımda hər hansı bir məlumatı yazmadan öncə onu dəqiqləşdirsin. Şəxsi həyatımın mediada müzakirə olunmasını istəmirəm. Bu mənə xoş deyil”.

 

Müğənni bu şayiənin onun gəlinlik libasında yayılan şəkillərindən qaynaqlandığımı da istisna etmədi: “Mətbuatda mənim gəlinlikdə şəkilim yayılıb. Bir çoxları artıq ərə getdiyimi yazır. Düşünürəm ki, şayiələr bu şəklə görə olub. Birincisi ərə getsəm, bunu mediadan gizli saxlayası deyiləm. Ancaq belə bir şey yoxdur İstəyirəm hər kəs bilsin ərə getməyim xəbəri şayiədən başqa bir şey deyil. Gəlinlikdə çəkilmiş şəkil isə mənim “Sus Bakım” adlı mahnımın klip çəkilişlərindəndir. Məhz həmin ekran işinə görə gəlinlik geyinmişdim”. 

# 3827
avatar

Yalçın UĞUR

Oxşar yazılar