Sevda Ələkbərzadə toyunda o ki var oxudu - TAM VERSİYA
26 may 2014 11:58 (UTC +04:00)

Sevda Ələkbərzadə toyunda o ki var oxudu - TAM VERSİYA

Əslən azərbaycanlı iş adamı ilə ailə quran əməkdar artist Sevda Ələkbərzadə öz toyunda ifa etdiyi mahnının tam versiyası sosial şəbəkədə yayılıb. Lent.az-ın məlumatına görə, paytaxt otellərinin birində baş tutan ziyafətdə Sevdanın ifası gecəyə qatılan qonaqların alqışları ilə qarşılanıb.

 

Xatırladaq ki, S.Ələkbərzadənin toyunda oxumasının 15 saniyəlik videosu elə toy gecəsi sosial şəbəkələrdə yayımlanmışdı. Bu dəfə isə həmin ifanın tam versiyasını təqdim edirik.

 

Qeyd edək ki, S.Ələkbərzadənin ailə qurduğu şəxs Cənubi Azərbaycan əsilli Kamyerdir. O, Amerikada yaşayır. Cütlüyün aralarında 5 yaş fərqləri var. Sevda 1977-ci il iyulun 4-də, bəy isə 1982-ci il 11 martda dünyaya gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4246
avatar

Yalçın UĞUR

Oxşar yazılar