QİÇS-ə qarşı mübarizədə göstərdiyi xidmətə görə, amerikalı aktrisa Şeron Stoun Nobel sülh mükafatına layiq görülüb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, mükafatı oktyabrın 23-də Nobel Mükafatı laureatlarının Varşavada keçiriləcək sammitində qəbul edəcək.
Nobel sülh mükafatı 1999-cü ildə keçmiş SSRİ lideri Mixali Qorbaçovun təşəbbüsü ilə təsis edilib. Hər il Nobel sülh mükafatı laureatlarının görüşündə təqdimat keçirilir. Bu ilk təntənəli tədbir Varşavanın Böyük Teatrının binasında olacaq.
Laureatların çoxu müğənni və aktyorlardın. Onların arasında Piter Qebriel, «U2» Bonun solisti, «Eurythmics» qrupundan Enni Lenkos, Şon Penn və başqaları da var.
Amerikalı kinoaktrisa, prodüser və keçmiş model Şeron Vonn Stoun 1958-ci il martın 10-da Pensilvaniya ştatının kiçik Midvill şəhərində anadan olub. Atası Cozef Sotun, anası Doroti Soundur. Şeron ailədə ikinci uşaq olub. O, bacısı Kelli, qardaşları Patrik və Mayklla birlikdə böyüyüb.
Orta məktəbi bitirdikdən sonra Edinboro Universitetinin incəsənət və ədəbiyyat fakültəsini bitirib.
17 yaşında o, Pensilvaniya ştatının «gözəli» seçilib. İki ilə sonra isə model kimi özünə karyera qurub.
1980-ci ildə ilk filmə çəkilib.
Bundan sonra çoxsaylı filmlərdə baş rolların ifaçısı olub. Mükafatlar alıb.