Səməddən onu təhqir edən müğənniyə CAVAB: "Mesaj yazıb ki..."
24 noyabr 2014 16:19 (UTC +04:00)

Səməddən onu təhqir edən müğənniyə CAVAB: "Mesaj yazıb ki..."

Xalq artisti Səməd Səmədov müğənni Sevda Əliqızının onun haqqında işlətdiyi ifadələrə münasibət bildirib. Lent.az-ın axsam.az-a istinadən verdiyi məlumata görə, S.Səmədov S.Əliqızı ilə ayrılmasını belə əsaslandırıb: “Sevda gözəl müğənnidir, anadır, nənədir, dostdur. Mən heç vaxt ona “qocalmısan” demərəm. Özü mənə dedi ki, tək oxumaq istəyirəm, uşaq-muşaq əməkdar artist adı alıb, mən qalmışam. 15 il bir yerdə oxumuşuq. Dedim ki, ayrılsaq da, sənə hər toydan 100 manat verəcəm. Elə bildim ki, canla-başla vidalaşdıq. Amma götürüb belə bir açıqlama yayıb. Sevda mənə mesaj yazıb ki, hər ay mənə 1000 manat ödəməlisən. Birlikdə toya getmiriksə, niyə ona pul ödəyim? Mən Səməd olduğum üçün 100 manatı verirəm. Sevdanı heç kim tanımırdı. Onu bütün Azərbaycana mən tanıtdım. Dünyada bütün duet ortaqları gec-tez ayrılır. Mən qərara gəldim ki, bu sözə görə onunla oxumayacam. Qarğış edir. Qarğışın iki ucu var. Məhərrəmlik günüdür. İnsan çörək yediyi qaba tüpürməz. Mirzə Babayev 90 yaşınacan oxuyub. Mən də o yaşıma qədər oxuyacam. Sevda haqqında da “qocalıb” sözünü demərəm, hələ cavandır. Ola bilər ki, bir müddət gündəmdə olsun”.


Qeyd edək ki, S.Əliqızı S.Səmədovun prodüseri Rövşən Cəfərovun mobil nömrəsinə smslə bu sözləri yazmışdı: ““Rövşən, sən dünən mənə o kaftarın dediyini dedin, mən də cavab verdim. Amma sonra fikirləşdim ki, bir halda ki, o mənə bir toydan 100 manat vermək istəyir, amma o, mənə indi hər ay 1000 manat göndərməli olacaq. Çünki onunla işlədiyim illərdə sağlamlığıma, yaradıcılığıma böyük ziyan vurdu. Mənim üçün fərqi yoxdur, onun ayda 10, ya da 15 toyu var. Mənim 1000 manatımı hər ay göndərsin. Yoxsa mən onu və bu işdə əli olan insanları lənətləyəcəm. O, ömrünün axrına qədər əzab çəkəcək. Xahiş edirəm ki, mənim yazdıqlarımı ona çatdır. Mən onun üçün əl oyuncağı deyiləm. Mənə kim ziyan vursa, xeyir tapmır. Gecə-gündüz əlim göydə olacaq. Bambılılıq etməklə, o, heçnə əldə etməyəcək. Mən sübut edəcəm ki, kim qocalıb". 

# 2199
avatar

Oxşar yazılar