15 illik duet ortağından Səməd Səmədova <span style="color:red;">- "Onun başı gedib" - QALMAQAL
24 noyabr 2014 10:49 (UTC +04:00)

15 illik duet ortağından Səməd Səmədova - "Onun başı gedib" - QALMAQAL

Xalq artisti Səməd Səmədov 15 illik duet ortağı Sevda Əliqızı ilə yollarını ayırıb. Bu barədə Lent.az-a S.Əliqızı özü məlumat verib. O, bildirib ki, ayrılığın səbəbkarı S.Səmədovdur: “Məhərrəmlik ayı başlamamışdan 1 gün əvvəl toya getmişdik. Toydan mehriban sağollaşıb hərəmiz öz evimizə getmişik. Lakin bir neçə gün sonra Səmədin prodüserindən mənə zəng gəldi. Dedi ki, Səməd müəllim deyir ki, “mən ansambla yeni müğənni götürürəm. Sevdaya isə hər toydan sadəcə 100 manat verə bilərəm. O qocalıb. Mən onunla oxuya bilmərəm”. Razılaşmadım, bu sözlərə inanmayıb, Səmədə zəng etdim. Həmişə zəngimi açan insan bu dəfə telefona cavab vermədi. Bundan sonra Səmədin xanımına zəng etdim. Dedim ki, 15 ildir bir yerdə olmuşuq, zəhmət çəkmişik, çörək kəsmişik bunun müqabilində xanıma bu sözü deyərlərmi? Oxumaq istəmirdisə bunu mənə normal şəkildə deyə bilərdi”.

 

S.Əliqızı iddia edib ki, S.Səmədov onun paxıllığını çəkir: “Bu insan 15 ildə mənim reperturaımı, sağlamlığımı heç etdi. Mən nə zaman tək efirə çıxırdımsa, qısqanclıq edirdi. Deyirdi ki, “yox biz birlikdə çıxmalıyıq”. Bu insanın içində mənə qarşı paxıllıq olduğunu sezmişdim. Heç də üzdəki kimi mülayim deyil. Ansambılla məşqlər edən zaman onun etdiyi kobudluğu görsəniz inanın heç ora ayaq basmazdınız. Ancaq mən bu 15 ildə dözdüm və qarşılığında ondan da bu hörməti gördüm. Qocalmağa gəlincə isə mən bildiyimə görə, Səməd 70 yaşa çatıb. Yəqin, o öz yaşı ilə mənim yaşımı səhv salıb. Onu demək istəyirəm ki, cürbəcür qocalıqlar olur. İnsan var qocalanda müdrikləşir, insan da var başı gedir. Çox təəssüf Səmədə müdriklik qismət olmadı”.

 

Lent.az-ın əməkdaşı daha sonra S.Səmədovla əlaqə saxlayıb. O,duet ortağı ilə ayrıldığını deyib: “Bəli, bircə onu deyə bilərəm ki, mən o xanımla işbirliyimə son qoymuşam”. 

# 2325
avatar

Yalçın UĞUR

Oxşar yazılar