Nyu-Yorkda xeyriyyə məqsədi vəsait toplamaq üçün şaxta babaların ənənəvi yürüş bu il təxirə salınıb.
Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, xeyriyyə təşkilatlarından birinin sədr müavini Reyçel Vaynşteyn bu haqda açıqlama verib.
Onun sözlərinə əsasən, səkilərlə dolanan şaxta babalar pul toplanmasında səmərəsiz fəaliyyət göstərir.
Təşkilat rəhbəri etiraf edib ki, son illər ianə toplamaq üçün könüllülərin, şaxta babaların tapılması da çətinləşib.
Bundan xeyriyyə cəmiyyəti «onlayn» rejimində də ianə toplayacaq. Bundan başqa ianə vermək istəyənlər üçün təşkilatın bank hesabı da xeyriyyəçilərə təqdim ediləcək.
Şaxta babalar neçə illərdir xeyriyyə məqsədi ilə yürüş keçirir. Onları xeyriyyəçilər dəstəkləyir. Bu yürüş zamanı toplanan ianələr az təminatlı ailələrə, evsizlər yardım məqsədi ilə verilir.