Hər zaman geyim ilə seçilməyi bacaran məşhur stilist Samiraldo yeni imici ilə üzə çıxıb. Samiraldə bu stildə ilk dəfə olaraq ANS telekanalında yayımlanan "Günə baxan" verilişinə qatılıb.
Stilist verilişdən sonra ans press-ə müsahibəsində qeyd edib ki, payız və qış kolleksiyasına “Həyat çiçəyi” adlı 4 geyim hazırlayıb. Bu geyimlərin üzərində güllər-çiçəklər əks olunur, bununla da Samiraldo insanları sülhə, əmin-amanlığa çağırır.
“İnsanlar bir-birlərinə aqressiv davranmasınlar, bir-birlərinə çiçəklər hədiyyə etsinlər” deyib.